Xəbər.ge : Qışın ən önəmli idman hadisəsi Birinci və İkinci kanallarda
Fevralın 9-dan 25-nə qədər, Birinci və İkinci kanalların efir vaxtı əsasən 23-cü Olimpiyada oyunlarına ayrılacaq.
 
Cənubi Koreyanın Pyonçanq şəhərində 92 ölkənin ən yaxşı idmançıları yığılacaqlar.
 
16 gün ərzində Birinci və İkinci kanalda 15 qış idman növünü canlı yayımda izləyəcəksiniz.
 
Olimpiyada oyunları Koreyanın iki şəhərində keçiriləcək.
 
Pyonçanqın dağ xizək kurortu Alpensiya xizək yarışmalarının mərkəzi olacaq. Qonşu şəhər Kanində isə, əsasən zal idman növləri təqdim ediləcək: hokkey, buz baleti və sairə.
 
Olimpiyadanın açılış və qapanış mərasimləri Pyonçanqda 35 min insanın sığa biləcəyi Olimpiya stadionunda keçiriləcək.
 
Gürcüstanın nümayəndə heyyəti Olimpiyadada dörd idmançı ilə təqdim edilir.
 
Birinci və İkinci kanallarının tamaşaçıları olimpiyadayı canlı yayımda izləyəcəklər.
Baxış sayı: 73