Lissabonda keçirilən səs-vermə nəticəsində məlum oldu ki, 2018-ci ilin Avroviziya mahnı müsabiqəsində Gürcüstanı təqdim edən qrup “İriao” ikinci yarımfinal gecəsində mayın 10-da, konsertin ikinci yarım finalında çıxış edəcək.
 
Avroviziya 2018-də 43 ölkə iştirak edir. Onlardan beş ölkə – Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya və müsabiqəyə ev sahibliyi edən Portuqaliya, öz müsabiqəçilərini sadəcə final mərhələsində təqdim edəcəklər.
 
Yarımfinal mayın 8-də və 10-da keçiriləcək, hansında ki, 37 müsabiqəçiyi görəcəyik.
 
Avroviziyanın 2018-in sayca 63-cü müsabiqəsi Paviliau Atlatikus Arenasında keçiriləcək. Final gecəsi mayın 12-də olacaq.
 
Gürcüstanı “İriao” qrupu təqdim edəcək. Qrupun rəhbər kompozitoru 15 ildir Almaniyada fəaliyyət göstərən Davit Malazoniyadır.
 
Qrup jaz və gürcü etno-musigisinin sintezi olan unikal musiqi ifa edəcək.
 
 
Baxış sayı: 55