Xəbər.ge : 2018-ci ilin Dünya Futbol Çempionatının pərəstişkarları Rusiyaya vizasız gedə biləcəklər
Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatının dəstəkçiləri oraya vizasız gedə biləcəklər.
 
Bu barədə məlumat çempionatın təşkilatçı komitəsinin veb-səhifəsində Welcome2018.com-da verilir.
 
Rusiyaya vizasız getmək üçün futbol pərəstişkarı, həmin veb-səhifədə qetiyyatdan keçib, pərəstişkar pasportu – FAN İD almalıdır.
 
“Pərəstişkar pasportu” olan şəxslər çempionat ərzindəki bütün matçlarda bilet alıb, iştirak edə biləcəklər.
 
Dünya Futbol Çempionatı Rusiyada iyunun 14-də başlayacaq və iyulun 15-nə qədər davam edəcək.
Baxış sayı: 70