“Biz inkişaf etmək məcburiyyətindəyik”. GAXA-nın Tiflis müxbirinin məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Giorgi Kvirikaşvili ilə görüşü zamanı bildirib.
 
Qeyd edək ki, bu gün baş nazir Giorgi Kvirikaşvili Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edib.
 
Görüşdə hər iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi, ikitərəfli əlaqələrin dinamikasının artımı, ikitərəfli əməkdaşlıq, münasibətlərin daha da dərinləşməsi məsələləri barədə müzakirələr baş tutub.
 
Tədbirdə G. Kvirikaşvilinin yaxın vaxtlarda Ermənistana planlaşdırılan rəsmi səfəri barədə də danışıq aparılıb.
Baxış sayı: 97