Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması yüzlərlə dinc sakin həlak olması ilə nəticələnən 1990-cı il yanvarın 20-də baş verən qanlı hadisələrin ildönümü münasibətilə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Platformanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan xalqı ilə birlikdə dərindən sarsılırıq və Vətənimizin qəhrəman övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq qarşılarında baş əyirik.

Azərbaycanın əhalisinə qarşı keçmiş Sovet dövlətinin hərb maşınının törətdiyi qanlı təcavüz, insanlıq və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir.Bu gün əbədi olaraq böyük bir faciə kimi nəsillərin yaddaşında qalacaq.

Belə faciələr əsla başqa yerdə təkrarlanmamalıdır!" 

Baxış sayı: 92