Parlamentin bugünkü iclasında yeni reqlamentin lehinə 77, əleyhinə isə 2 deputat səs verib.
 
24news.ge xəbər verir ki, Yeni reqlamentə əsasən, Gürcüstan parlamentinin yerləşdiyi yer paytaxt Tbilisi müəyyən olunub. Parlamentin sessiyası digər yerdə yalnız Tbilisidəki qanunverici orqan binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.
 
Parlamentin Kutaisi şəhərindəki binasında regional polis habının yaradılması planlaşdırılır.
 
Qeyd edək ki, qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərirdi. 2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.
Baxış sayı: 46