Bütün müxalif partiyalar növbədənkənar Parlament seçkiləri, seçki komissiyasının təşkil olunması qaydalarında dəyişiklik və proporsional seçki sisteminə keçməyi dəstəkləyir. 
 
24news.ge xəbər verir ki, Bu barədə jurnalistlərə müxalifət partiyalarının görüşü başa çatdıqdan sonra birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi və “Milli Hərəkat”ın nümayəndəsi Qriqol Vaşadze deyib.
 
Onun dediyinə görə, müxalifət istəyir ki, hakimiyyət onların tələbləri ilə bağlı daim təzyiq altında olsun.
 
“Bu yalnız siyasi təşkilatların tələbi deyil. Bu vətəndaşların tələbidir. Vətəndaşlar ehtiyac içində yaşamaqdan boğaza yığılıb, insanlar belə yaşamaq istəmirlər,”  deyə Vaşadze bildirib.
 
Qeyd edək ki, Bu gün müxalifət partiyalarının nümayəndələri məsələ ilə bağlı görüş keçiriblər. Görüşdə “Güc Birlikdədir”, “Yeni Sağçılar”, “Demokratik Hərəkat”, “Avropalı Gürcüstan” və başqa partiyaların nümayəndələri iştirak ediblər . “Azad Demokratlar” və “Quruculuq Hərəkatı”nın nümayəndələri görüşdə iştirak etməyiblər.
Baxış sayı: 47