Telavi mənə səs vermədi, bura uduzduğum yerlərdən biridir və mən and içmə mərasimini orada keçirməklə göstərmək istəyirəm ki, mən hamının prezidentiyəm.
 
24news.ge yerli mətbuata istinadən xəbər veri ki, Salome Zurabişvili bu sözləri and içmə mərasimi ilə bağlı sualları cavablandırarkən deyib. “Mənim üçün yalnız bir şəhər müzakirə olunurdu. Bir neçə ssenari var idi. Lakin mənim təklifim Telavidir, çünki bütün seçkiqabağı kampaniyam zamanı qeyd edirdim ki, bölgələri irəli çəkməliyik. Bölgələrsiz Gürcüstan inkişaf edə bilməz. Hesab edirəm ki, Telavi düzgün qərardır. İkinci səbəb isə odur ki, Telavi mənə səs vermədi, bura uduzduğum yerlərdən biridir və bununla göstərmək istəyirəm ki, mən hamının prezidentiyəm, 
 
Qeyd edək ki, Prezidentin andiçmə mərasimi dekabrın 16-da, telavidə keçiriləcək.
Baxış sayı: 58