Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan Ermənistan Milli təhlükəsizlik xidmətinə (MTX) çağrılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan MTX məlumat yayıb.

Sabiq MTN şefi Ermənistan baş naziri əvəzi Nikol Paşinyanı dövlətə xəyantədə ittiham etdiyinə görə MTX-yə çağırıldığı bildirilir.

David Şahnazaryan noyabrın 27-də keçirdiyi mətbuat konfransında “Vətəndaş müqaviləsi” pariyasının funksioneri Sasun Mikaelyan seçkiöncəsi təbliğat kampaniyası zamanı cari ilin yazında Ermənistanda baş verən inqilabı Qarabağ müharibəsindən daha önəmli hesab etməsi ilə bağlı verdiyi bəyanatına reaksiya verərək deyib ki, S. Mikaelyanın dedikləri Nikol Paşinyanın siyasi proqramıdır və onu da icra etməkədir.

D. Şahnazaryan dekabrın 4-də keçirdiyi mətbuat konfransında da hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlarını təsdiq edəcək arqument göstərməyib. D. Şahnazaryan 27 noyabr və 4 dekabrda hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlara aydınlıq gətirməsi ilə bağlı dekabrın 5-də Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

MTX-nin yaydığı bəyanatda qeyd olunub ki, araşdırmaların yekunu olaraq ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, David Şahnazaryan Levon Ter-Petrosyanın prezidentliyi dövründə milli təhlükəsizlik naziri işləyib. O, hazırda dekabrın 9-da keçiriləcək parlament seçkilərində Respublikaçılar partiyasının proporsional seçki siyahısına rəhblərlik edir.

Baxış sayı: 43