Prezident seçkisindən bir neçə gün sonra hökumətdə kadr dəyişiklikləri gözlənilir. Gürcü arzusu məlumatı təkzib etmir. Amma kimlərin ayrılacağı və kimlərin vəzifəsində qalacağı iqtidar komandası tərəfindən hələki dəqiqləşdirilməyib.
 
Birinci Radio xəbər agentliyi prezidentin andiçmə mərasimindən sonra postunu itirə biləcək nazirlərin siyahısını yayıb.
 
Bunlar Müdafiə, Maliyyə və İnfrastruktur Nazirləridir. Yayılmış məlumata görə, müdafiə naziri postunda Levan İzorianı İmereti bölgəsində dövlət nümayəndəsi general Şavleqo Tabatadze əvəz edə bilər. Maia Tskitişvili və İvane Maçavarianiyə gəldikdə isə onları kimlərin əvəz edəcəyi barədə hələlik məlumat verilmir.
 
Baxış sayı: 74