Ermənistanda bundan əvvəl əlaqənin itdiyi "Su-25" qırıcısının ekipajı həlak olub.

Trend-in məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib ki, təyyarə Şirak vilayətinin Maralik rayonunda qəzaya uğrayıb.

Hadisə nəticəsində podpolkovnik Armen Babayan və mayor Movses Manukyan həlak olublar.

Qəzanın səbəbləri araşdırılır.

X X X

 

13:16

Ermənistanda "Su-25" qırıcı təyyarəsi itib.

Trend-in məlumatına görə, faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.

Təqribən saat 10:20-də Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" plan uçuşu həyata keçirərkən pilotla əlaqə itib.

Təyyarə saat 10:06-da Gümrü aeroportundan havaya qalxıb.

Axtarış işləri davam etdirilir.

Baxış sayı: 38