Yeni seçilən prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi paytaxt Tbilisidə keçirilməyə bilər.
 
24News.ge xəbər verir ki, bunu yerli mətbuat yazıb.
 
Məlumata əsasən, xanım prezidentin inauqurasiyasının hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil və hazırda müxtəlif şəhərlər üzrə müzakirələr aparılır.
 
Qeyd edək ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-na təyin olunub. Səlahiyyət müddəti başa çatmaqda olan prezident Giorgi Marqvelaşvili və sabiq dövlət başçısı Mixeil Saakaşvilinin andiçmə mərasimləri Gürcüstan parlamentinin Tbilisidəki binasının daxili həyətində keçirilib.
Baxış sayı: 61