Prezident administrasiyası Salome Zurabişvili və Giorgi Marqvelaşvilinin görüşü barəsində rəsmi məlumat yayıb.
 
24news.ge xəbər veri ki, Salome Zurabişvili və Giorgi Marqvelaşvilinin görüşü Avlabari İgamətgahında baş tutub.
 
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili və hazırkı prezident Giorgi Marqvelaşvili səlahiyyətlərin təhvil verilməsi prosesləri, ölkənin daxili və xarici durumu barəsində söhbət ediblər.
 
Görüşün birinci hissəsində Gürcüstan prezidenti administrasiyasının rəhbəri Giorgi Abaşişvili və Salome Zurabişvilinin komandasının üzvü Laşa Jvaniya iştirak ediblər. Daha sonra Giorgi Abaşişvili və Laşa Jvaniya üzbəüz görüş keçiriblər.
 
Giorgi Marqvelaşvili Salome Zurabişvilini prezident seçilməsi münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.
Baxış sayı: 42