Rusiyalı ekspertin çıxışının əsas məğzi Ermənistan hakimiyyətinin Rusiyanın təsir dairəsindən uzaqlaşmaq cəhdlərinin bu ölkənin dövlətçiliyi üçün olduqca təhlükəli olduğunu anlatmaqdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Vladimir Yevseyevin səsləndirdiyi fikirləri şərh edən ehtiyatda olan general-leytenant Çingiz Məmmədov deyib. O bildirib ki, "Polonez”, LORA və hələ də nümayiş olunmayan silahlar düşmən ölkə ərazisində istənilən obyektləri məhv etməyə qadirdir:

“İrəvanda keçirilən “Lazarev klubu”nun iclasında MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyevin çıxışı hazırkı Ermənistan rəhbərliyinə ünvanlanmış xəbərdarlıqdır. Çıxışda diqqət çəkən məqam ondan ibarətdir ki, rusiyalı ekspert V.Yevseyev hazırkı vəziyyətin Ermənistan və qondarma “dqr" orduları üçün əlverişsiz olduğunu, Azərbaycanın Ordusunun isə silah baxımından üstünlüyünü aşkar şəkildə etiraf etməklə N.Paşinyan hökumətinə illər əvvəl müəyyən edilmiş siyasi kursdan çıxmamağı məsləhət görür”.

Ç.Məmmədov vurğulayıb ki, rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyi hazırkı reallığı dərk etməli, müharibə ritorikasından əl çəkməlidir:

“Ermənistan münaqişənin həllində konstruktivlik nümayiş etdirməlidir. Əks halda Ermənistan Azərbaycan Ordusunun gücünü sözün əsl mənasında hiss edəcək”.

Baxış sayı: 60