Birləşmiş müxalifət Güc Birliktədir bloku hakimiyyət orqanlarına işçi qrupu yaratmağı təklif edir və bunun üçün 16 dekabr tarixinə qədər möhlət veririk.
 
24News.ge xəbər verir ki, bu barədə bu gün Tbilisidə parliament binasının qarşısında keçirlən mitinqdə Grigol Vaşadze bildirib ki, növbəti addımlar bu cavabdan asılı olacaq.
 
Q.Vaşadze deyib: Hakimiyyətə təklif edirik, 5 nəfərlik işçi qrupu yaratsın. Biz və nümayəndə heyətimiz də o sayda olacıq: Sivil cəmiyyətin nəzarəti altında, sivil, konstitusiya, avropa üslubunda, qanuni bir şəkildə oturaq və birlikdə bu siyasi böhrandan çıxaq. 16 dekabra qədər möhlət veririk. Sonrakı addımlarımız bunun cavabından bağlı olacaq. Biz konstitusiyanın sərhədlərini aşmayacağıq və qanun çərçivəsindən kənara çıxmayacağıq. 
 
Q.Vaşadze eyni zamanda birləşmiş müxalifətin tələblərini açiqlayıb: Əsas tələblərdən biri, ərkən parliament seçkilərini mütənasib bir sistemdə keçirməkdir. Birləşmiş müxalifət prezident seçkilərinin nəticələrini tanımır və onları etibarsız elan etmək tələbi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Bizim etirazlarımız hakimiyyət xalqın səslərini eşitməyincə davamlı olacaq. Deyə qeyd edib
 
Baxış sayı: 70