Bu gün 2 dekabr paytaxt Tbilisinin Rustaveli prospektində parliament binasının qarşısında birləşmiş müxalifət Güc Birliktədir koalisiyasının təşkil etdiyi etiraz aksiyasında sabiq prezident Mixail Saakaşvili toplanan aksiya iştirakçılarına xitab edib. O, “məni çağırdığınız anda mən fiziki olaraq yanınızda olacam.”
 
24News.ge yerli mətbuata istinadən xəbər verir ki, Bu sözləri Mixeil Saakaşvili Rustaveli prospektində keçirilən izdihamlı aksiyaya canlı video yayım ilə qoşularaq bəyan edib.
 
Daha sonra M.Saakaşvili aksiya iştirakçılarını imtina etməməyə və səslərini sona qədər çatdırmağa çağırıb: Mən mübarizəmizin veteranlarını, eləcə də mitinqə gələn gəncləri salamlayıram və xalqın seçdiyi prezident Qriqol Vaşadzeni salamlayıram.
 
Biz mümkün bir fəlakət barədə danışdıq və fəlakət baş verdi ki, seçki qurumu ləğv olundu. Biz artıq heçnəyə səbir etməyəcəyik. Biz bu gün sülh və ədalətlə mübarizə aparacağıq. Heç vaxtda geri çəkilməyəcəyik. Mübarizəmiz oligarxın uduzması və gücün dəyişməsi ilə sona çatacaq. Bu mübarizədə mən sizinləyəm. Bir şeyi qeyd edim ki, siz məni çağırdığınız anda fiziki olaraq yanınızda olacağam. Biz özümüzü təvazökar tutmayacağıq və mübarizəmizi davam etdirəcəyik. –Deyib M.Sakaaşvili
Baxış sayı: 57