Birləşmiş “Güc Birliktədir” hərəkatı ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini tanımadığını bildirib.
 
24News.ge verdiyi xəbərə görə, bu barədə “Güc Birliktədir” hərəkatının prezidentliyə namizədi olan Qriqol VaşadzeTbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə deyib.
 
O, birləşmiş müxalifətin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etdiyini söyləyib.
 
Q.Vaşadze bu həftənin bazar günü Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.
Baxış sayı: 78