İvane Macavariani: 1 il  və ondan çox müddət ərzində banklara  2000 lariyədək borcunu ödəyə bilməyən vətəndaşların borcu sıfırlanacaq: Borcların sıfırlanması təşəbbüsü, 1 il  və ondan çox müddət ərzində banklara  2000 lari məbləğində borcunu ödəyə bilməyən vətəndaşlara şamil edilir.
 
24News.ge xəbər verir ki, bu barədə Maliyyə Naziri  İvane Macavariani kredit borclarının silinməsi təşəbbsü haqqında çıxış edərək vurğulayıb.
 
Maliyyə nazirinin qeyd etdiyinə görə, banklarla və maliyyə institutları ilə bir neçə dəfə danışıqlar aparılıb və nəticədə razılaşma əldə olunub.
 
“Bizim məhz bu istiqamətlə bir neçə dəfə banklarla və maliyyə institutları ilə danışıqlarımız baş tutub.  Bu borclar 10, 20 və 100 min larinin verilməsi ilə bağlı deyil, bu 300,500 və maksimum 1000 lari çərçivəsində baş tuturdu.  Məhz bu məbləğdə verilən kreditlər  vətəndaşların banklara aşırı borclanmalarına gətirib çıxarıb. Bu meyarlarla qara siyahıya 600 min vətəndaş daxil edilib.  
Borcların cərimələri və kökləri 1.5 milyard təşkil edir və məbləği Kartu fondu tamamilə bağlayacaq.”  deyə  Macavariani bildirib.
 
Qeyd edək ki, bu gün Baş Nazir Mamuka Baxtadze açıqlamasında bildirib ki, Gürcüstanın 600 mindən çox vətəndaşı banklara, onlayn təşkilatlara və digər maliyyə institutlarına olan borcları sıfırlanacaq. Bununla bərabər baş nazir bildirib ki,  maliyyə institutlarında vətəndaşların borclarının sıfırlanması təşəbbüsü “ Kartu” fondun dəstəyi ilə həyata keçiriləcək.
Baxış sayı: 103