Gürcüstanı Rusiyaya birləşdirən yeganə avtomagistral olan Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır.
 
AZƏRTAC Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadla xəbər verir ki, yolun Qudauri-Kobi hissəsində dağlıq ərazilərdə qar uçqunu ciddi problemlər yaradıb. Uçqun səbəbindən yolda təmizlik işlərinin aparılması mümkün olmayıb. Ona görə də yolda bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.
Baxış sayı: 119