Gürcüstan 2018-ci ildə sitrus meyvələrinin ixracını 6 dəfə artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2017-ci il noyabrın 1-dən 11-dək 55 ton sitrus meyvələri ixrac olunub. 2018-ci ilin müvafiq dövründə isə bu rəqəm 610 ton təşkil edib.

2017-ci il sentyabrın 1-dən noyabrın 11-dək xarici ölkələrə 106 ton sitrus meyvəsi satıldığı halda, cari ilin müvafiq dövründə bu rəqəm 718 ton təşkil edib.

Gürcüstan sitrus meyvələrini əsasən Rusiya, Ukrayna, Qazaxıstan və Ermənistana ixrac edib.

Baxış sayı: 73