“Gürcüstanın xarici dövlətlərə olan borcu açıqlanıb. “
 
24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
 
Bu il oktyabrın 31-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 102,061 mln. dollar təşkil edir. Bu məbləğin 4 mlrd. 977,670 mln. dolları hökumətin payına düşür.
 
“Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (273,183 mln. dollar), Yaponiya (209,362 mln. dollar) və Fransa (189,168 mln. dollar) daxildir.”
 
Gürcüstanın qonşu ölkələrə olan borcu isə müvafiq olaraq: Rusiya,  63,567 mln. Dollar, Türkiyə 15,297 mln dollar, Ermənistan 9,023 mln. Dollar, Azərbaycan 7,976 mln.dollar təşkil edir.
Baxış sayı: 84