Daxili İşlər Nazirliyi Qardabanidə təhdid etmə ittihamı ilə 2 nəfəri saxlayıb. 
 
24News.ge xəbər verir ki, DİN-in Kvemo Kartli Polis Departamentinin Qardabani rayon idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1993-cü il təvəllüdlü C.M. və 1999-cu il təvəllüdlü R.M.-nı saxlayıblar.
 
İstintaq zamanı müəyyən olunub ki, saxlanılanlar Qardabani rayonunda yaşayan vətəndaşlar, 1981-ci il təvəllüdlü A.X-nın mobil telefonuna zəng edərək tez-tez  şəxsi həyatını əks etdirən kadrların yayımlanması hədəsi ilə məbləğ tələb edirlərmiş.
 
Hüquq mühafizəçiləri C.M-nı məbləği verən zaman R.M.-nı isə şahidlərin vasitəsi ilə hakimin qərarı əsasında saxlayıblar.
 
Qurup şəklində törədilmiş təhdid faktına dair CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin a-bəndi ilə istintaq aparılır.
 
Saxlanılan şəxslərin törətdikləri əməl sübut olunarsa onları 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Baxış sayı: 90