Reklam yeri
Reklam yeri
Reklam yeri

Bu il Gürcüstan Azərbaycandan 700 milyon dollar çox qeyri-neft məhsulu satıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Respublikasından qeyri-neft ixracı 1 milyard 69 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz artım deməkdir. Qeyri-neft ixracının sürətlə artması ölkədə aparılan əhatəli iqtisadi islahatların birbaşa nəticəsidir.

Abzas.net xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Doqquz ayda 1582 şirkət bilavasitə qeyri-neft ixracına cəlb edilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə daha çox şirkətlərin ixrac həcmini artırmasıdır. İxracda sənaye məhsulları, o cümlədən polad, alüminium, polietilen, plastik məmulatlardan hazırlamış məhsullar, eyni zamanda, kənd təsərrüfatı məhsulları ilk onluqdadır. Bu müddətdə ölkədən ixrac olunan pomidorun ümumi dəyəri 128 milyon ABŞ dollarından çoxdur.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Gürcüstanda analoji göstərici 8 ayda 1.7 milyard dollar təşkil edib.

12 Oktyabr 2017, 14:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge