Marneuli rayon 8 nömrəli məktəbində baş verən oğurluq hadisəsinin üstü açılıb.
 
DİN tərəfindən aparılan axtarış tədbirləri nəticəsində cinayət törədən şəxslər saxlanılıb, bu barədə daxili işlər nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Noyabrın üçündə məktəbdən 4 nəfər şəxs oğurluq ediblər. Bunlar  2001-ci il  təvəllüdlü E.H  2001-ci il  R.M  2002-ci il S.K  və 1994-cü il təvəllüdlü R.A  adlı şəxslər olublar.
 
Verilən məlumatda bildirilir ki, 8 Nömrəli məktəbdən kompiterlər və müxtəlif texniki avadanlıqlar oğurlanıb.
 
Oğurluq edən şəxslər saxlanılaraq axdarış zamanı onlardan, oğurlanmış müxtəlif kompiterlər və texniki avadanlıqlar hüquq mühafizəçiləri tərəfindən götürülüb.
 
Hazırda saxlanılan şəxslər haqqında cinayyət məcəlləsinin 177-ci maddəsinə əsasən oğurluq etmək barəsində cinayyət işi qaldırılıb.
 Onların törətdiyi cinayət əməli təsdiq olunarsa, hər 4 şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
Xatırladaq ki, bir neçə gün öncə Noyabrın 3-ü Marneuli rayon 8 nömrəli məktəbdə oğurluq hadisəsi baş vermişdi. Hadisə zamanı məktəbin qapısı sındırılaraq kompiter və digər texnki avadanlıqlar oğurlanmışdır.
Baxış sayı: 63