Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan bu torpaqları 1 lariyə satdı

Tiflis Şəhər Şurası keçmiş baş nazir Bidzina İvanişviliyə 1900 kvadrat metrlik ərazinin 1 lariyə satılmasına razılıq verib.

Axar.az xəbər verir ki, satılan ərazi Tiflisdəki Azadlıq meydanında yerləşir. Gürcüstan mətbuatının yazdığına görə, şurada müzakirələr zamanı müxalifətdən olan nümayəndələr zala buraxılmayıb və zorla zaldan çıxarılıblar.

Qeyd edək ki, İvanişvilinin şirkəti bu ərazidə 30 yerlik avtodayanacaq tikməyi planlaşdırır. Ölkə müxalifəti bu avtodayanacağın İvanişvilinin mehmanxanasının ehtiyacları üçün tikildiyini bildirib.

12 Oktyabr 2017, 10:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge