Reklam yeri
Reklam yeri
Reklam yeri

Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə edib

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı, avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

11 Oktyabr 2017, 13:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge