Tiflisin mərkəzində “Mişaya yox – Milli Hərəkata yox” şüarı altında aksiya keçirilib.

Mitinq iştirakçıları Milli Hərəkat Partiyasını hakimiyyətə buraxmamaq üçün ikinci tura daha ciddi hazırlaşmağın vacibliyini qeyd ediblər.

Aksiyada Zurabişviliyə dəstək verən şair David Baqradze, rejissor Qoqa Xaindrava və s. iştirak edib.

Saakaşvilinin yenidən hakimiyyətə qayıtmasının qarşısını almaq üçün fövqəladə rejimə keçdiyini elan edən “İmedi”nin rəhbəri də aksiyaya qatılıb. Rustavi-2-nin məlumatına görə, bu səbəblə “İmedi”dən iki jurnalist də kənarlaşdırılıb.

İkinci tura qədər Tiflisdə bu tip bir neçə mitinq keçirmək qərarı verilib. Növbəti mitinqin 7 noyabrda olacağı elan edilib.

Qeyd edək ki, 28 oktyabrda Gürcüstanda keçirilən prezident seçkilərində hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64%, Saakaşvilinin rəhbəri olduğu Milli Hərəkat da daxil olmaqla, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze 37,73% səs toplayıb. Heç bir namizəd 50+1 faiz səs toplamadığı üçün seçkilərin ikinci turu keçiriləcək.

Birinci turda 11 faiz səslə 3-cü yer tutan David Bakradze (Saakaşvilinin keçmiş əqidədaşı) ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini açıqlayıb/Axar.az.

Baxış sayı: 54