Reklam yeri
Reklam yeri
Reklam yeri

İran-Gürcüstan birgə iqtisadi komissiyasının iclası başlanıb

İran və Gürcüstanın birgə iqtisadi komissiyasının 6-cı ekspert iclası iki ölkənin müxtəlif iqtisadi sektorlarında 30-dan çox ekspertin iştirakı ilə bu gündən Tiflisdə başlanıb.

İRNA-nın məlumatına görə, İranın Gürcüstandakı səfiri Seyid Cavad Qəvam Şəhidi Tiflisdə İran və Gürcüstanın birgə iqtisadi komissiyasının 6-cı iclasının keçirilməsi haqda deyib: Bu komissiya iclasında müxtəlif qurumların nümayəndəsi olaraq 30 ekspert maliyyə, bank, tibb və kənd təsərrüfatı sahələri ilə əlaqədar iqtisadi məsələləri ixtisaslaşmış işçi qrupları çərçivəsində araşdırır. Sonda yekun sənəd tənzimlənəcək və İran və Gürcüstanın birgə komissiyası rəhbərləri tərəfindən imzalanacaq.

Qəvam Şəhidi əlavə edib: Bu iki günlük iclasda İran heyətinə İranın kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbii və Gürcüstan heyətinə isə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya başçılıq edəcək.

İranın Gürcüstandakı səfiri bildirib: Enerji və elektrik mübadilələri, Gürcüstanda stansiyanın yaradılması, onun maddələrinin təmin olunması, eləcə də Fars körfəzini Qara dənizə birləşdirən şimal-cənub dəhlizinin yaradılması istiqamətində yeni anlaşmalar regionun simasını dəyişdirəcək.

İndiyə qədər İran və Gürcüstan arasında birgə iqtisadi komissiyanın beş iclası keçirilmişdir.

     

10 Oktyabr 2017, 14:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge