Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan vətəndaşı Bakı metrosunda oğurluq edib

Metroda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.

AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.

Faktla bağlı araşdırma aparılır. 

9 Oktyabr 2017, 13:06   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge