Reklam yeri
Reklam yeri
Reklam yeri

Bazardan siyasətə, siyasətdən bazara

Gürcüstanın bir çox regionlarına gedəndə yaşlı insanlarla maraqlı dialoqlar yaranır. Onlara Marneulidən olduğumu deyəndə, həə bilirəm, orada böyük bazar var, çox getmişəm tatarlarlar yaşayır. Düzdür bu o qədər də yaxşı təsir bağışlamır. Hə deyək ki, nəsə maraqlı və fərqli tərəfdən tanıtmamışıq. Lap tanıtmış olsaq necə tanıdardıq. Bir çox özümüzə xas olan şeylər var ki, onları etmək qadağandır. İmir kəndində arxeloji qazıntılar zamanı qədimi şərab löhvəcikləri tapıldı, bu hadisə bizim tarixlə heç üst-üst üstə düşmür nədənsə. Bolnisidə Nakalakari yəni ən qədim insanların orada sümükləri tapılıb. Bəs Borçalı ulu türk yurdu deyilən yer?Bazar bildiyimiz alış veriş üçün getdiyimiz yerdir.

Bazar söhbəti bizim ən yaxşı söhbətimizdir hər iki mənada.

Regionda baş verən hadisələr hərkəsi təccübləndirir və içimizi çəkirik yeni-yeni fərqli hadisələr baş verəndə.

Rayonumuzda olan aparıcı şəxslər haqqında yazmaq istəyirəm çünki rayonun inkişaf etməsində çox böyük rolları ola bilərdi.

Bizim indiki vəzifə sahiblərinə diqqət edirəm hətta onlarla heç vaxt mədəni müzakirə də apara bilməmişəm.

Partiya sədrindən tutmuş, parlament deputatına kimi, majoritarından proporsional siyahıya kimi hamısı vaxtı ilə bazarda alver edən alverçilər olub.

Bu yaxınlarda kəndlərin birində ağsaqqalla söhbət edirdik, kişi durub dedi ki, ay bala bu nədir bazara çevriblər ölkəyi, belə dərdmi olar.Yəqin bir çoxlarımızın eşitdiyi söhbətdir: baş qoşma bazar adamıdır, həyasızdır. Bəli bax elə bu cürdür, bizim namizədlər söz verib gələndən sonra yenə eyni yerə həyasızcasına gedib səs istəmək qədər üzsüzləşiblər. Eyni adam, eyni problem, fərqli vaxt.

Alverçi deyəndə təhkir etmək fikrim yoxdur, o da bir gəlir mənbəyidir maddi ehtiyyacları ödəmək üçün.Sadəcə demək çatdırmaq istədiyim odur ki, alver söhbətini elə bazarda qoymaq lazim idi, siyasətə addım atanda. Burada alıb satmaq yox, düşünmək inkişaf etdirmək lazımdır.Deməli “ alverçilər” sən demə vəzifəyə gələndə də alver ediblər xeyli maya qoyublar özlərinə. Kresloya qədər alver söhbəti gəlibsə deməli hələ də xüsusiyyət dəyişməyib.

Partiyaların siyahılarına nəzər yetirdim, tanış simalar çoxdur. Lilo bazarından tutmuş Marneuli bazarına qədər olan alverçilər var siyahıda. Bu yəqin köhnə bazar dostluğundan gələn həmrəylikdir ya da satılan yerlər üstündə alver söhbəti olub. Bəs biz yerli əhali nə gözləyək bu şəxslərdə?

Sovetdən əvvəl azərbaycanlı deputat deputatlıqdan dili bilmədiyinə görə imtina etmişdi.

Deyə bilərsiniz nə olsun ki, alverçidir əsas odur savadı var. Ancaq nə çıxışlarda nə də gördükləri işlərindən elmə yaxın heçnə görə bilmirik. Məsələn Qızılhacılıdan olan namizədin qanun haqqında heç bir məlumatı olmadığına görə Seçki Məcəlləsinin maddəsini kobud şəkildə pozmuşdu hətta yaxşı iş kimi paylaşılmışdı da. Yaxşı deyək bu şəxsin maddədən xəbəri yoxdur, bəs onun komandasının necə?

Heç bir ayrı seçkilik etmədən deyə bilərəm ki, bizim siyasətçilər vəzifədə olduqları zaman sadəcə öz biznes sahələrini genişləndiriblər.

Bizim regionda ciddi islahtlara və alternativlərə ehtiyyac var. Çökmüş kənd təssərüfatı, ümidsiz kəndlilər, təhsildən uzaq şagirdlər, sussuz kəndlər, bisavad gənclik inkişaf gözləyir.

Bilmirsən konsertdi, şoudur nədir. İndi də klip çəkdirmək dəbi düşüb.

Samira Bayramova

6 Oktyabr 2017, 14:16   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge