Reklam yeri
Reklam yeri
Reklam yeri

Kaxa Kaladze: "Tbilisi tolerant şəhər olmaqda davam edəcək"

“Tbilisi müxtəlif dinlərə məxsus olan insanların yaşadığı şəhər olub və bu, gələcəkdə də belə davam edəcək”.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tblilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze dini təşkilatların nümayəndələri ilə görüşdə deyib: “Biz tolerant millətik. Tbilisini müxtəlif millətlərin nümayəndələri qurub və onlar hər zaman birgə yaşayıblar”.
 
Görüşdə dini azadlıq, dini və mədəni abidələrin mühafizəsi, dini təşkilatların maliyyələşdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.
 
K. Kaladze görüş iştirakçılarını Tbilisinin müxtəlif istiqamətlər üzrə inkişafı proqramı ilə tanış edib.
 
Görüşdə Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini Hacı Eyvaz Mərdanov da iştirak edib.

6 Oktyabr 2017, 15:01   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge