Reklam yeri
Reklam yeri
Reklam yeri

Marneulinin icra başçısı vəzifəsinə daha bir azərbaycanlı namizəd –“Yeni Gürcüstan” müxalif partiyası irəli sürdü

“Yeni Gürcüstan” müxalif partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizədini təqdim edib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, partiyanın namizədi İmdad Şərifovdur.

Namizədi Marneuli sakinlərinə təqdim edən partiyanın lideri Giorgi Vaşadze deyib ki, təcrübəli və peşəkar gənc olan İ. Şərifov Marneuli əhalisinin problemləri ilə yaxşı tanışdır. O, Marneuli seçicilərini partiyanın namizədini dəstəkləməyə çağırıb. 

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. 

6 Oktyabr 2017, 11:58   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge