Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan Azərbaycandan yanacağın idxalını artırıb

Gürcüstan Azərbaycandan benzin və dizel yanacağı idxalını artırıb

Qonşu ölkə sentyabr ayında Azərbaycandan 21 min ton benzin və dizel yanacağı idxal edib.

Bu, avqust ayının göstəricisindən 9,4 min ton çoxdur. Ötən ay Gürcüstanın neft məhsulları idxalının 19,2 faizi Azərbaycanın payına düşüb.

Sentyabr ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısında Rusiya (30,5 min ton) birinci yeri tutub. Qonşu ölkə həmçinin Rumıniya (23,3 min ton), Bolqarıstan (14,8 min ton), Türkmənistan (14 min ton) və Yunanıstandan (5,8 min ton) neft məhsullarını idxal edib.

Bu ilin ilk 9 ayı ərzində Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının ümumi həcmi 786,6 min ton təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 6,9 faiz azdır.

6 Oktyabr 2017, 09:56   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge