Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanın Qara dəniz sahillərindəki kurortlarında evlər su altında qalıb

Gürcüstanın qərbində davamlı yağan yağışlar nəticəsində ölkənin Qara dəniz sahilindəki Ureki kurort qəsəbəsində yaşayış binalarının birinci mərtəbələrini su basıb.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, rayon administrasiyasından hadisə yerinə xilasetmə və təcili yardım xidmətlərinin səfərbər edildiyi bildirilib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Quriya regionunun Ozurqeti şəhərinin administrasiyası fövqəladə vəziyyətdə işləyir.

Yağışlar Quriya ilə yanaşı, qonşu Acarıstan regionuna da zərər vurub. Yağışlarla əlaqədar torpaq sürüşməsi hallarının qeydə alındığı Kobuleti rayonunda iki evə ziyan dəyib. Evlərə dəyən ziyanı geoloqlar araşdırır.

4 Oktyabr 2017, 16:15   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge