Gürcüstanın hakim "Gürcü arzusu” partiyasının təsisçisi və sədri Bidzina İvanişvili çətənə yetişdirməyin ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini bildirib.
 
Sfera.az xəbər verir ki, bununla yanaşı o kilsənin çətənə yetişdirilməsi ilə bağlı təşvişini anlayışla qarşıladığını bildirib. İvanişvili Gürcüstan parlamentinə təklif olunan qanun layihəsinin patriarxlıq və cəmiyyətin təzyiqləri üzündən dayandırıldığını bildirib. Lakin ixracat üçün nəzərdə tutulmuş marixuananın yetişdirilməsi məsələsinin nazirlər kabinetində müzakirəsi davam edir. Partiya liderinin sözlərinə görə, çətənə yetişdirilməsi həqiqətən risk daşıyacağı təqdirdə "Gürcü arzusu” komandası cəmiyyətə qarşı getməyəcək.
 
"Kosmetik və tibbi məqsədlərlə ixracat üçün marixuana istehsalı ideyasını dəstəkləmişəm. Belə ki, biz kənd təsərrüfatı mallarının ixracatından əlavə bir və iki milyard dollar qazana bilərik” - İvanişvili belə deyib.
 
O, narkotik bitki əkininin Gürcüstan iqtisadiyyatına müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Lakin İvanişvili bu məsələnin həllini tapması üçün cəmiyyətin bütün üzvlərinin razılığının olmasının vacibliyini qeyd edib.
Baxış sayı: 46