Reklam yeri
Reklam yeri
Reklam yeri

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 15,6% artıb

Cari ilin sentyabr ayında Azərbaycandan Gürcüstana 151 305 nəfər səfər edib.
 
APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayının göstəricisindən 15,6% çoxdur. 
 
Ötən ay Gürcüstana 763 729 nəfər xarici ziyarətçi səfər edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 20,9% çoxdur.
 
Sentyabr ayında qonşu ölkəyə Azərbaycanla yanaşı ən çox Rusiya (157 318 nəfər), Ermənistan (146 229) və Türkiyədən (119 867) səfər edənlər olub.

4 Oktyabr 2017, 14:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge