Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanda azərbaycanlı və erməni gənclər üçün avroatlantik inteqrasiya üzrə təlim məktəbi açılıb

Gürcüstanda milli azlıqları təmsil edən gənclər üçün NATO və avrointeqrasiya proqramı üzrə təlim məktəbi fəaliyyətə başlayıb.
 
APA-nın yerli bürosunun xəbərinə görə, 31 gəncin iştirak etdiyi məktəb Avropa İttifaqının “Gənc Avropa Səfirləri” layihəsi çərçivəsində yaradılıb.
 
Məktəbin proqramına əsasən azərbaycanlı və erməni gənclər üçün Gürcüstanın Avropaya inteqrasiyası istiqamətində baş verən proseslər barədə seminar və təqdimatlar təşkil olunacaq. Məktəb iştirakçıları daha sonra Kvemo Kartli, Kaxeti və Samtsxe Cavaxeti regionlarının sakinləri arasında Gürcüstanın avrointeqrasiya prosesi barədə məlumatlandırmaq məqsədilə informasiya kampaniyaları keçirəcəklər.
 
Tədbirdə çıxış edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili məktəbin yaradılmasını çox yaxşı təşəbbüs adlandırıb: "Bizim etnik və dini azlıqlardan olan vətəndaşlarımız ölkədə bütün sahələrdə baş verən proseslər barədə məlumatlı olmalıdırlar. Gürcüstanın avrointeqrasiyası ilə bağlı məlumatlar hamı üçün maksimal dərəcədə əlçatan olmalıdır".

4 Oktyabr 2017, 13:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge