Reklam yeri
Reklam yeri
Reklam yeri

Suriyada 18 yaşlı Gürcüstan vətəndaşı öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyada Gürcüstan vətəndaşı olan 18 yaşlı Müslim Kuştanaşvili öldürülüb.

Bunu Əhməti rayonu Adminstrasiyası başçısının müavini Mate Kavtaraşvili bildirib. 

İnformasiyaya əsasən, Pankis dərəsi, Kaxeti bölgəsinin Dumasturi kəndinin sakini M.Kuştanaşvili iki il əvvəl, 16 yaşı olanda Suriyaya gedib. O zaman valideynləri Gürcüstan hökumətindən onun geri qaytarılması üçün kömək istəyib.

M.Kuştanaşvilinin Suriyadakı terrorçular, yoxsa Bəşşar Əsəd rejimi silahlıları tərəfindən döyüşlərdə iştirak edib-etmədiyi bilinmir. Ancaq onun öldürüldüyü artıq təsqdilənib.   M,Kavtaraşvili deyib ki, Suriya və İraqda indiyədək Gürcüstanın 26 vətəndaşı öldürülüb. Onların arasında Əbu-Umar aş-Şişani adı ilə tanınan Tarxan Batiraşvili də var.

O, 2016-cı ilin iyulunda İraqın Şerqat şəhərində döyüşdə öldürülüb.

T.Batiraşvili terrorçu İŞİD qruplaşmasının Suriyanın şimalındakı əyalətlər Hələb, Rakka, Latakiya və İdlib üzrə komandir olub. ABŞ onun barəsində informasiya çatdıran şəxsə 5 milyon dollar mükafat verəcəyini boyun olmuşdu.  

4 Oktyabr 2017, 11:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge