Reklam yeri
Reklam yeri
Reklam yeri

Ermənistan-Gürcüstan sərhədində ilk toqquşma

Bir müddət əvvəl erməni mətbuatının işıqlandırdığı - İrəvan və Tbilisi arasında isti münasibətlər soyumağa başlayıb. Tbilisidə anlayırlar ki, İrəvan Moskvanın strateji müttəfiqidir və onun göstərişləri ilə hərəkət edir. Gürcüstanın isə Rusiya ilə münasibətləri o qədər də yaxşı deyil. Tbilisi həmişə özü ilə Rusiya arasında interval saxlayır və isti münasibətlərə getmir.

İrəvanla münasibətlərə gəldikdə isə, artıq Gürcüstanın paytaxtında Ermənistanın göndərdiyi fövqəladə və səlahiyyətli səfir Sergey Minsoyan narazılıqla qarşılanıb. İrəvan onun namizədliyini məqsədəuyğun hesab etsə də, Tbilisi onu Moskvanın adamı hesab edir və yaxına buraxmaq istəmir. O, birmənalı şəkildə arzuolunmaz adamdır, non qrata hesab edilir.

Gürcüstan blokadada olan Ermənistan üçün çox vacib bir ölkədir. Məhz ordan bütün kommunikasiya xətləri, Qara dənizə çıxış var. Öz növbəsində İrəvan bunu da anlayır ki, Gürcüstan öz milli təhlükəsizlik konsepsiyasında strateji müttəfiq rolu Bakı və Ankaraya məxsusdur. Ermənistan və Gürcüstan arasında həll edilməmiş ərazi mübahisəsi də var. Başlıca olaraq Cavaxetiya regionudur ki, burda çoxlu erməni yaşayır. Tbilisi bu bölgəyə həssas yanaşır ki, ermənilər burada o qədər də sərbəstlik əldə edə bilməsin. Gürcüstan görür və bilir ki, artıq bir dəfə belə bir presedent Dağlıq Qarabağla baş verib və İrəvan onu ikinci erməni dövlətinə çevirmək istəyir.

Gürcüstan sərt şəkildə bu regiona nəzarət edir. Onların hər bir cəhdinin qarşısı alınır. Bu isə ermənilərdə narazılıq yaradır.

Bu günlərdə Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb. Tbilisi gözəl başa düşür ki, bir ay sonra kənddə təsdiq olunacaq ki, bu erməni torpağıdır. Xaç isə guya 500 il bundan əvvəl qoyulub və sübutu da var.

Gürcüstanın paytaxtında öz qonşularını yaxşı tanıyırlar. Əgər onlar nəsə fikirləşiblərsə, hər şey təkrar oluna bilər.

Belə olan şəkildə Gürcüstanla Ermənistan arasında yüngül cızıq daha da dərinləşir.

 

 

4 Oktyabr 2017, 10:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge