Okyabrın 28-də Gürcüstanda yeddinci prezident seçkiləri keçiriləcək və Gürcüstan beşinci prezidentini seçəcək. Elektorat 25 namizəd arasında seçim etməli olacaq. Onlardan demək olar ki, yarısı ictimaiyyətə ümumiyyətlə məlum deyil, ikinci yarısı isə reytinqlərinin cəmi 11 faizi keçməyən siyasətçilərdir.

Səsvermə gününə bir həftədən az vaxt qalıb. Ölkə ənənəvi olaraq seçki plakatlarına bürünüb.

__ 48 __

Müstəqil namizəd Salome Zurabişvilinin seçki kampaniyasını ən zəngin və ən aqressiv siyasi art hesab etmək olar. Onun posterləri gözə dəyəcək hər yerdə var – binaların divarlarında, metro və avtobus dayanacaqlarında, marşrut taksilərdə, çoxmərtəbəli binaların fasadlarında. Zurabişvilinin seçim nömrəsi 48-dir. Keçmiş xarici işlər naziri formal olaraq müstəqil namizəd hesab edilir, reallıqda isə  iqtidar partiyasının dəstəklədiyi namizəddir.

 
Onun seçki kampaniyasındakı posterlərin rəngi göydür. Eynən hakim “Gürcü arzusu” partiyasının seçki kampaniyasının rəngi kimi. Onun seçki sloqanı belədir –  “Gürcüstan üçün birikdə”.

Zurabişvilinin seçki kampaniyasına – start veriləndən bu günə qədər biznesmenlər (və yalnız onlar yox – ianə verənlər arasında sıravi vətəndaşlar, həkimlər və s. də var) 4 milyon lariyə yaxın (1 dollar – 2,7 lari) vəsait bağışlayıblar. Bu, qalan bütün namizədlərin kampaniyasına bağışlanan vəsaitlərin cəmindən də çoxdur.

Hakimiyyət ehtimal edir ki, Zurabişvili ilk turda qələbə qazanacaq – hökumətyönlü sosial tədqiqatın nəticələrinə əsasən, Zurabişvili səslərin 53 faizini toplayacaq.

 
Amma geniş reklamla yanaşı namizədlər arasında ən böyük antireklam da Zurabişvili ilə bağlıdır. Namizədlərin çoxu seçki iştirakçılarına ayrılan ödənişsiz siyasi reklam imkanını Zurabişvilinin antireklamına həsr edir.
 
Müxalifətin televiziya çarxlarında seçiciləri nəbadə avqust müharibəsini Gürcüstanın başlatdığını düşünən (Zurabişvili özü belə bir bəyanatla çıxış edib), dövlət dilini lazımi səviyyədə bilməyən (Zurabişvili Fransada doğulub, uzun müddət orada yaşayıb və gürcü dilində danışanda yanlışlara yol verir) “satqın” Zurabişviliyə səs verməməyə çağırırlar.

__ 5 __

Müxalif namizədlər arasında ən reytinqlisi Qriqol Vaşadze də Zurabişvili kimi keçmiş diplomat və Gürcüstanın keçmiş xarici işlər naziridir.
 
O, seçkilərdə “Birləşmiş müxalifətin” nümayəndəsi kimi iştirak edir, əslində isə ən nəhəg müxaif partiyanın – “Vahid Milli Hərəkat”ın namizədidir və onun namizədliyini şəxsən keçmiş prezident Mixail Saakaşvili irəli sürüb.
 
O, seçkilərdə 5-ci  – “millətçilərin” ənənəvi sıra nömrəsi ilə iştirak edir. Seçki sloqanı isə – “Birlikdə bacaracağıq”.
 
 

Vaşadzenin diplomatik karyerası Rusiya ilə bağlıdır. O, uzun illər boyu Moskvada işləyib. Opponentləri bioqrafiyasının bu hissəsini ona qarşı istifadə edirlər – onun posterlərinin bəzilərinə rəqibləri “DTK” abbreviaturasını əlavə ediblər. Vaşadzenn Putinin əlində qaldırılmış şəkildə əks olunmuş plakatlar da var.

__ 2 __

Başqa bir reytinqli müxalif namizəd “Avropa Gürcüstanı” partiyasından David Bakradzedir.
 
Onun əksi olan posterlər Gürcüstanda ilk dəfə deyil ki peyda olur. Bakradze 2013-cü il prezident seçkilərində də iştirak edib. Düzdür, o zaman o, “Vahid Milli Hərəkat” partiyasını təmsil edirdi. O zamandan bəri aradan çox sular axıb, Saakaşvilinin “Milli Hərəkatı” hissələrə parçalanıb və Bakradze bugün bu hissələrdən birinin – “Avropa Gürcüstanı”nın lideridir.
 
Seçkilərdə onun seçki nömrəsi 2-dir. “Milli hərəkat”dan fərqli olaraq onun seçki kampaniyası aqressiv deyil, daha təmkinlidir. Onun elektorata əsas vədi qələbə qazanacağı təqdirdə pensiyaları qaldıracağından ibarətdir. Seçki sloqanı: “Avropaya bir addım”.
 
 

Küçələrdə belə posterlərə rast gəlmək mümkündür. Ehtimal etmək olar ki, bu, rəqiblərin və ya “kreativ” şəhər sakinlərinin “səyidir”.

Bu videoda süpürgəçinin David Bakradzenin posterini cırdığı görünür. Halbuki sesçki kampaniyası hələ başa çatmayıb və plakatlar qanunvericiliyə tam uyğun yapışdırılıb.

OXŞAR MƏQALƏLƏR

Baxış sayı: 59