Reklam yeri
Reklam yeri
Reklam yeri

“Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərb arasında körpüdür”

“Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərb arasında körpüdür”.

“Anadolu” agentliyinin məlumatına görə,  bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib. 

Nazir Azərbaycan, Türkiyə və Gürcüstanın bu körpünün əsas hissələri olduğunu bildirib. Türkiyə rəsmisi qeyd edib ki, Bakı-Tbilisi-Qars Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən layihədir.

Georgi Qaxariya əlavə edib ki, layihənin həyata keçirilməsi və qısa müddətdə yük nəqliyyatına başlanması üçün bütün tərəflər töhfə verir.

Georgi Qaxariya Türkiyə və Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli iqtisadi və ticarət tərəfdaşları olduğunu ifadə edərək, dəmir yolu xəttinin inşasının üç ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dəstək edəcək faktor olduğunu söyləyib.

O, qeyd edib ki, layihə Gürcüstan iqtisadiyyatını gücləndirəcək, ölkə iqtisadiyyatına qazanc gətirəcək.

3 Oktyabr 2017, 14:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge