Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan xarici turizmdən əldə etdiyi gəliri açıqladı

Cari ilin avqust ayında Gürcüstan xarici turizmdən 390,9 mln. dollar gəlir əldə edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, ötən ilin müvafiq ayı ilə müqayisədə 92,9 mln. dollar çoxdur. Avqust ayında qonşu ölkəyə 1 080 449 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin göstəricisindən 27,4% çoxdur. Turistlərin sayının artması ölkədə mehmanxana və restoran sektorunda 18,5% artıma səbəb olub.

Bildirək ki, ötən ay Gürcüstana səfər etmiş əcnəbilərin 220 314 nəfəri Azərbaycan vətəndaşı olub.

2 Oktyabr 2017, 13:04   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge