Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan: konstitusiyanın dəyişməsinə bir imza qaldı

Gürcüstan parlamenti yeni konstitusiya layihəsi qəbul edib. Novator.az-ın məlumatına görə, sentyabrın 26-da son oxunuşdan keçən layihə imzalanmaq üçün prezidentə təqdim olunacaq.

Layihə parlamentin və baş nazirin səlahiyyətlərinin artırılmasına, prezidentin səlahiyyətlərinin azalmasına hesablanıb.

Ana qanunda əsas yenilik prezident seçkisi qaydasının dəyişməsidir. Hazırda prezidenti xalq seçir. Konstitusiyanın yeni layihəsinə əsasən, prezidenti seçmək 300 nəfərlik kollegiyaya həvalə edilir. Bu kollegiya ölkə parlamentinin deputatlarından, Acarıstan muxtariyyətinin qanunverici orqanının, işğal altındakı Abxaziya bölgəsinin köçkün qanunverici orqanının və yerli özünüidarəetmə qurumlarının təmsilçilərindən ibarət olacaq.

Başqa bir yenilik parlament seçkisi sisteminin dəyişdirilməsidir. Hazırda Gürcüstan parlamenti qarışıq sistemlə seçilir. Ana qanunun yeni layihəsində majoritar sistemin ləğvi, parlamentin tam proporsional üsulla seçilməsi nəzərdə tutulur. Deputat seçilmə yaşı isə 21 yaşdan 25 yaşa qaldırılır.

Ana qanunun yeni layihəsi əcnəbilərə torpaq satışını qadağan edir.

Vətəndaşlıq məsələsində də yenilik təklif olunur. Hazırda qüvvədə olan ana qanuna görə, başqa ölkənin vətəndaşlığını alan şəxs Gürcüstan vətəndaşlığından çıxarılır (Məsələn, sabiq prezident Mixail Saakaşvili Ukrayna vətəndaşlığı aldığı üçün Gürcüstan vətəndaşlığını itirib). Yeni ana qanunla bu qayda ləğv edilir.

Konstitusiya layihəsi parlamentdəki 150 yerdən 115-nə sahib olan hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının təşəbbüsüdür. Müxalif partiyalar layihənin əleyhinədir. Ölkə prezidenti Georgi Margvelaşvili də konstitusiya yeniliyinə qarşı çıxır. Onun layihəyə veto qoyacağı istisna olunmur.

2 Oktyabr 2017, 11:04   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge