Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcü nazir:"Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirəcək"

“Bakı-Tbilisi-Qars dəmir yolu Şərqlə Qərb arasında körpüdür”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya bildirib.

Gürcüstan rəsmisi Azərbaycan, Türkiyə və Gürcüstanın bu körpünün əsas hissələri olduğunu qeyd edib. Bakı-Tbilisi-Qarsın əhəmiyyətindən danışan nazir “Bu, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən layihədir”, – deyə vurğulayıb.

Gürcüstan rəsmisi qeyd edib ki, layihənin həyata keçirilməsi və qısa müddətdə yük nəqliyyatına başlanması üçün bütün tərəflər töhfə verir.

“Layihədə çalışan hər kəsə çox təşəkkür etmək istəyirəm, çünki bu dəmiryolunun böyük bir gələcəyi var”, – deyə iqtisadiyyat və davamlı inkişaf naziri əlavə edib. O, bildirib ki, üç ölkə Bakı-Tbilisi-Qars körpüsünün ana hissəsidir və bu çox əhəmiyyətlidir.

Georgi Qaxariya Türkiyə və Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli iqtisadi və ticarət tərəfdaşları olduğunu ifadə edərək, dəmir yolu xəttinin inşasının üç ölkə arasındakı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dəstək edəcək faktor olduğunu söyləyib.

O, qeyd edib ki, layihə Gürcüstan iqtisadiyyatını gücləndirəcək, ölkə iqtisadiyyatına qazanc gətirəcək.

2 Oktyabr 2017, 12:03   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge