Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstanda "Şahdəniz" qazını qəbul edəcək anbarın tikintisinə 14 şirkət maraq göstərir

Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 10-dan çox şirkət maraq göstərib.
 
APA-nın yerli bürosu Gürcüstan Neft və Qaz Korporasiyasına istinadən xəbər verir ki, beynəlxalq tenderdə iştirak üçün 55 şirkət qeydiyyatdan keçib və onlardan 14-ü təklif təqdim edib.
 
Qiymətləndirmə nəticəsində tenderin ikinci mərhələsinə keçəcək şirkətlər gələn ilin əvvəlində ətraflı texniki təkliflərini təqdim etməli olacaqlar.
 
Korporasiyasının məlumatına əsasən, qaz anbarının inşası layihəsinin dəyəri 250 mln. dollardan çoxdur: "Anbarda 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq. Anbarın tikintisi ilə Gürcüstanın enerji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq".
 
Qeyd edək ki, əsasən Azərbaycanın "Şahdəniz" yatağından tədarük olunan qazın saxlanılacağı yeraltı anbarın tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır. Tenderdə SOCAR da iştirak edir. Yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması və 2021-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

26 Sentyabr 2017, 17:00   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge