Reklam yeri
Reklam yeri
Reklam yeri

Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsi gücləndirilib

BMT İnkişaf Proqramı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətlərinin birgə həyata keçirdiyi "Azərbaycan ilə Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi" layihəsi başa çatıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla əlaqədar sentyabrın 25-də Tbilisidə geniş tədbir keçirilib. Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyinin müavini Karlo Natale çıxışında layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O deyib ki, bu layihə hər iki ölkənin regionlari arasinda əməkdaşlığın güclənməsində mühüm rol oynayıb. BMT İP-nın Gürcüstadaki rəhbəri Niels Skott isə bildirib ki, bu layihə olkələr arasinda iqrisadi, ticari, turizm, təhsil və digər sahələrdə əlaqələrin inkişafinda mühum rol oynayıb.

Sonra Gurcüstan sərhəd polisinin rəisi vəzifələrini icra edən Levan Çabukidze, Azerbaycan Dövlət Sərhəd Xidmətinin beynəlxalq əməkdaşlıq baş idarəsinin rəis muavini Murad Nağıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirdə Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin mühafizəsinin təşkili ilə bağlı görülən işlərdən danışılıb, görülən işlər yüksək qiymətləndirilib. Bildirilib ki, icrasına 2014-cü ildən başlanilan layihənin ümumi dəyəri 5 milyon avrodur. Ötən üç il ərzində, layihə çərçivəsində iki ölkə arasında quru sərhədlərinin mühafizəsi ilə bağlı yeni infrastruktur yaradilıb, bir sıra texniki layihələr həyata keçirilib, kadrların ixtisasının artırılması ilə bağlı xüsusi təlimlər keçirilib, bir sıra zəruri texniki avadanlıq alınıb. Nəticədə quru sərhədlərin daha yaxşı qorunmasında bir sıra uğurlar əldə olunub.

26 Sentyabr 2017, 11:50   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge