Reklam yeri
Reklam yeri
Reklam yeri

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

Kür və Araz transsərhəd çaylarında çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqlərin nəticələri açılanıb.


Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə istinadla xəbər verir ki, sentyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının I ongünlüyünə nisbətən 9.3 m3/san artaraq 66.3 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.


Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Sentyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 6.99-7.2 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

25 Sentyabr 2017, 11:05   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge