Reklam yeri
Reklam yeri
Reklam yeri

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 488 mln. dollara çatır

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 487 mln. 808,7 min dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, qonşu ölkənin xarici ticarət dövriyyəsinin 7,4%-i Azərbaycanın payına düşür.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 132 mln. 977 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 354 mln. 831,4 min dollar dəyərində olub.

Cari ilin ilk səkkiz ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 6 mlrd. 618,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Qonşu ölkənin ixracı 28,5% artaraq 1 mlrd. 682,8 mln. dollar, idxal isə 7,5% artaraq  4 mlrd. 935,5 mln. dollar təşkil edib.
 
Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 16,4%-i), ferroərintilər (12,5%) və minik avtomobilləri (7,3%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 8,4%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,7%).

20 Sentyabr 2017, 12:04   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge