Reklam yeri
Reklam yeri
Reklam yeri

Sumqayıt və Rustavi şəhərləri arasında memorandum imzalanıb

Azərbaycanın Sumqayıt və Gürcüstanın Rustavi şəhərləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, sənədi Rustavi şəhər günü ilə bağlı keçirilmiş tədbirlər çərçivəsində Sumqayıt şəhər icra başçısının birinci müavini Faiq Kərimov və Rustavi şəhərinin meri David Cikiya imzalayıb.
 
D.Cikiya Rustavi və Sumqayıt qardaşlaşmış şəhərləri arasında çoxillik mədəni və iqtisadi əlaqələrin olduğunu deyib. “Gələcəkdə iki şəhər arasında münasibətlərin daha da  intensivləşəcəyinə ümid edirəm”, - deyə Rustavi meri vurğulayıb.
 
Azərbaycanla yanaşı Rustavi şəhər günü tədbirlərində Filippin, Litva, Polşa, Ukraynadan olan nümayəndə heyətləri də iştirak ediblər.  

19 Sentyabr 2017, 16:17   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge