Reklam yeri
Reklam yeri
Reklam yeri

Tbilisidə keçirilən sammitdə Azərbaycanın vərəmlə mübarizə sahəsində təcrübəsindən danışılıb

Tbilisidə vərəm xəstəliyi ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb.
 
APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, iki gün davam edəcək tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandan olan millət vəkilləri iştirak edir. 
 
Gürcüstan parlamentinin Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri Akaki Zoidze tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, sammitdə iştirak edən ölkələrin nümayəndələri vərəmlə mübarizə sahəsində təcrübəni bölüşəcəklər: “Tədbir bu ilin noyabrında Moskvada keçirilməsi planlaşdırılan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin səhiyyə nazirlərinin görüşündə müzakirə olunacaq məsələləri müəyyən edəcək”.
 
Gürcüstanın əmək, səhiyyə və sosial məsələlər üzrə nazirinin müavini Nino Berdzuli Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəmin geniş yayıldığını qeyd edib: “Bu xəstəliklə kollektiv şəkildə mübarizə aparılmalıdır. Siyasi iradə olmadan vərəm xəstəliyi ilə mübarizə effektiv ola bilməz. Cəmiyyətin bütün üzvləri və hökumət bu sahədə sıx əməkdaşlıq etməlidir”.
 
Nazir müavini Gürcüstanın vərəmlə mübarizə sahəsində əldə etdiyi uğurlar və çağırışlar barədə danışıb. 
 
Qeyd edək ki, Azərbaycanı sammitdə millət vəkili Sədaqət Vəliyeva təmsil edir. O, müzakirələrdə iştirak edib və vərəmlə mübarizə sahəsində Azərbaycanın müsbət təcrübəsi və əldə etdiyi uğurlardan söz açıb.

19 Sentyabr 2017, 17:17   
Digər xəbərlər
Xəbər xətti
© 2017 Xeber.ge